Türkiyədə iki deputatın mandatı əlindən alındı

turkiyede-iki-deputatin-mandati-elinden-alindi
Oxunma sayı: 1758

Türkiyədə Xalqalrın Demokratik Partiyasının (HDP) iki deputatı - Osman Baydəmir (Şanlurfa) və Səlma Irmakın (Hakkari) mandatları əlindən alınıb.

“Qafqazinfo” xəbər verir ki, qərar parlamentdə keçirilən səsvermədən sonra elan edilib.

Bununla da mandatı əlindən alınan deputatların sayı 11-ə çatıb. Hazırda parlamentdə HDP-nin 48 deputatı qalıb.

Qeyd edək ki, Səlma Irmak “terror təşkilatına üzv olmaq” və “terrorizm təbliğatı aparmaq” maddələri ilə 10 il, Osman Baydəmir isə polisi təhqir etdiyi üçün 17 ay həbs cəzası almışdı. Hazırda hər iki şəxs həbsxanada cəzasını çəkir.