Türkiyədə ilk hicablı vəkil

turkiyede-ilk-hicabli-vekil
Oxunma sayı: 666

“Azerimuslims.com” xarici KİV-ə istinadən bildirir ki, Türkiyədə ilk dəfə başıörtülü hüquqşünas mantiya geyinib.

Qardaş ölkə mətbuatında dərc olunan xəbərlərə görə, Elazığdakı hüquq məsləhətxanalarından birində keçirilən andiçmə mərasimindən sonra vəkillik fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edən Əsra Soylu mantiyanı geyinə bilib.

Xəbərlərdə mantiyanın Soyluya məsləhətxananın sədri Adnan Dəmir tərəfindən şəxsən təqdim edildiyi də öz əksini tapıb. Habelə xəbərlərdə ölkənin Ankara və İstanbul kimi aparıcı şəhərlərində başıörtülü hüquqşünasların uzun illərdir ki, hüquq məsləhətxanalarında təcrübə keçməsinə belə icazə verilmədiyi, ancaq Anadoludakı bir hüquq bürosunun bu xoşagəlməz və ədalətsiz ənənəyə son qoyduğu qeyd olunub.