Türkiyədə maşın aşdı, 7 azərbaycanlı yaralandı - Siyahı

turkiyede-masin-asdi-7-azerbaycanli-yaralandi
Oxunma sayı: 940

Türkiyənin Muğla bölgəsində avtomobilin yoldan çıxaraq aşması nəticəsində ikisi uşaq olmaqla 7 azərbaycanlı turist yaralanıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, 22 yaşlı Leyla Şahverdiyevanın idarə etdiyi 34 AAB 549 nömrə nişanlı avtomobil yoldan çıxaraq reklam lövhəsinə çırpılıb. Qəza nəticəsində sürücü Şahverdiyeva ilə Zərifə Şahverdiyeva (23), Roza Muradlı (4), Fidan (20) və Mahirə Məmmədova (49), Məlahət (40) və Kamran Nuriyev (7) yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdiriliblər. Həyati təhlükələrinin olmadığı bildirilir.