“Türkiyədə mənə tələbat var” - Üzeyir

turkiyede-mene-telebat-var
Oxunma sayı: 3311

ARB Ulduz-un “Virtual həyat” proqramının növbəti qonağı müğənni Üzeyir Mehdizadə olub.“Qafqazinfo” xəbər verir ki, ifaçı sosial şəbəkələrdə müzakirələrə səbəb olan Türkiyədəki konsertindən danışıb:

“Son zamanlar bilirdim ki, Türkiyədə mənə həddən artıq çox tələbat var. Sevgilərini, dəstəklərini görürdüm. İnanırdım ki, getdiyim konsert gözlədiyim nəticəni verəcək. Konsert İğdırda olmuşdu. Bir konsertimiz Qaziantepdə baş tutdu. Konsetlərə nəinki həmin şəhərlərdən, ümumiyyətlə, Türkiyənin müxtəlif bögələrindən də gəlmişdilər”.

Üzeyir  51 milyon baxış sayı olan “Yaxşı olar” mahnısına klip çəkdirəcəyini söyləyib:

“Həqiqətən, klip çəkməyə vaxtım yoxdur. Klipin hər şeyi hazırdır, sadəcə məndən cavab gözləyirlər ki, vaxt deyim və klip çəkilişləri başlasın. Yaxın zamanlarda tamaşaçıları sevindirəcəm. “Yaxşı olar” mahnısına klip çəkiləcək. Ssenarisi də mənə aiddir.Klipdə ssenari iki xətt üzərində gedir: həm mənim sənətə necə gəlməyim, həm də sevgi xətti”.