Türkiyənin Trabzon şəhərinin Akçaabad qəsəbəsində tikilməkdə olan məsciddə uçqun baş verib.
“Qafqazinfo” Habertürk-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər dağıntılar altında qalaraq ölüb.
7 işçi isə müxtəlif dərəcələri bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Uçqunun səbəbi ilə bağlı araşdırma aparılır.