Türkiyədə məşhurlar da səs verdi

turkiyede-meshurlar-da-ses-verdi
Oxunma sayı: 963


Dekabrın 17-də rüşvət əməliyyatında həbs olunduqdan sonra sərbəst buraxılan Rza Zərrab İstanbulda səs verib. Səs verməyə tək gələn iş adamına mühafizəçiləri müşayiət edib. Jurnalistlərin suallarını cavablandıran Zərrab “Siyahıda bir namizədin adını gördüm. Başqa namizəd da var idi? İnşallah Türkiyə qazanacaq”-,  deyə bildirib. 

Prezident seçkiləri üçün sandıq başına gedən Hüsnü Şenlendirici siyahıda adı çıxmadığı üçün səsvermədə iştirak etməyib.  Tarkan isə səsvermədə iştirak etməyib.  

Bebekdəki orta məkətəbə gələn Beyazıt Öztürk fotoşəkillərinin çəkilməsinə sərt reaksiya göstərib. Səsəvermədə iştirak edən Öztürk jurnalistlərə "Nə zaman icazə alıb fotoşəkil çəkməyi öyrənsək, o zaman prezident seçməyi də öyrənəcəyik" deyərək əsəbiləşib. 

Sezen Aksu səsvermənin sona çatmasına 10 dəqiqə qalmış səsini Kanlıcadakı Sedat Simavi ibtidai məktəbində verib. Bir müddət növbə gözləyən Aksu səsverdikdən sonra  jurnalistlərin "Bura baxar bilərsinizmi?" sualına "Baxa bilmərəm, üstəlik poza  da verə bilmərəm. Artıq dua edəcəksiniz. Səs verilərkən şəkil çəkdirilir?” cavabını verib.