“Türkiyədə min hoqqadan çıxıb…” - Pərvin söz atdı

turkiyede-min-hoqqadan-cixib
Oxunma sayı: 6451

“Bu filmə (Zabit şərəfi)  "Youtube"da kim baxıb?". Bu film demək olar ki, mənim sənətə ilk addımlarımı atdığım zamanlarda, 21-22 yaşlarımda çəkilib. Məni çoxları istedadlı, bacarıqlı və ya bacarıqsız adlandıra bilər. Türkiyədə min hoqqadan çıxıb, bir dənə də olsun türk kişi buraxmayan (ünvanlı) haqqımda irəli-geri 100 söz deyə bilər”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Pərvin Abıyeva sosial şəbəkədə yazıb. Tanınmış aktrisa haqqında şayiə yayan şəxslərə müraciət edib:

“Mənim işimə şübhə edənlər çalışdığım böyük rejissorlara da şübhə etmiş sayılırlar. Çünki məni bu sənətə onlar seçib, gətirib. İlk addımlarımı dünənin gənc, yeni rejissorları ilə başlamamışam. O zamanlar mən sadəcə qızcığaz idim. İndiki kimi tanıdığım sənət əhli, bəzi qurduluların dediyi kimi arxamda da kimsəm yox idi. Mən sadəcə kinostudiyaya rəfiqəsi üçün hədiyyə alıb aparan zaman kəşf edilən bir qızcığaz idim. Amma bu sahədə fəxr etdiyim bir məsələ var. 

Mən bu sənətə hansısa gözəllik salonlarında modellik edənlər kimi və ya reklam, seriallarla gəlməmişəm. Həmin insanları aşağılamıram. Fəxr edirəm ki, mənim sənətə ilk yolum Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından keçib. Kinostudiyada işləməyin nə olduğunu həmkarlarım bilir. Hələ də böyük aktyorlarla işləyirəm. Keçdiyim yol mənim üçün bir məktəb olub. 

Mən sizin görmədiyiniz dövlətin film fonduna gedən ən az 5 filmə çəkilmişəm. Bax, mən bunlarla fəxr edirəm. Ona görə də haqqımda kim nə deyir, desin”.