Türkiyədə müalicə alan əsgərimiz Bakıya gəldi

turkiyede-mualice-alan-esgerimiz-bakiya-geldi
Oxunma sayı: 1235


“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, Türkiyədə müalicəsi başa çatan Elvin Əsgərovu Heydər Əliyev Beynəlxalq Hava Limanında Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun, Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri, əsgərin yaxınları qarşılayıb. 

E. Əsgərov hazırda özünü yaxşı hiss etdiyini bildirib: “Türkiyədə müalicə aldım, indi özümü yaxşı hiss edirəm. Bizə diqqət göstərən hər kəsə, xüsusən prezident, Ali Baş Komandan  İlham Əliyevə təşəkkürümü bildirirəm. Mən vətənim yolunda yaralanmışam. Bundan sonra lazım olarsa, vətənim üçün canımdan keçməyə hazıram”.

E. Əsgərov müayinələrinin Bakıda davam etdiriləcəyini açıqlayıb. 

Qeyd edək ki, düşmənin diversiya-təxribat cəhdlərinin və hücumlarının qarşısını alarkən yaralanan əsgərlər Ədalət Məmmədov, Elvin Əsgərov və Sərxan Tahirzadə avqustun 9-da müalicə üçün Türkiyəyə yola salınmışdı.

Əsgərlərin müalicəsini Türk İş Birliyi və Koordinasiya Agentliyi (TİKA) üzərinə götürmüşdü.