Türkiyədə deportasiya olunan suriyalı qaçqınları daşıyan polis avtobusu aşıb.
“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, hadisə Ağsaray-Ankara şossesinin 45-ci kilometrliyində baş verib. İçərisində 23 mühacirin və 17 polis əməkdaşının olduğu avtobus sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.
41 nəfər yaralının olduğu bildirilir. Onlar Ağsarayda müxtəlif xəstəxanalara yerləşdiriliblər.
Hadisə yerinə təcili yardım maşınları, yanğınsöndürənlər və polis işçiləri cəlb olunub.