Türkiyədə ödənişli hərbi xidmətin şərtləri məlum oldu

turkiyede-odenisli-herbi-xidmetin-sertleri-melum-oldu
Oxunma sayı: 2600

Türkiyədə ödənişli hərbi xidmətlə (bədəlli əskərlik) bağlı hazırlanan qanun layihəsi təklifindəki bəzi detallar üzə çıxıb.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, Ədalət və İnkişaf Partiyasının (AKP) komitə rəhbəri Bülənt Turan bədəlli əsgərliyin 25 gün nəzərdə tutulduğunu bildirib.

Onun sözlərinə görə, bunun qarşılığında 25 min lirə (təxminən 8700 manat) ödəniş ediləcək.

Yaşı 25-dən çox olanlar bu hüquqdan yararlana biləcəklər.

Qanun layihəsi Türkiyə parlamentində oktyabrda müzakirəyə çıxarılacaq.