Türkiyədə PKK-nın xüsusi qruplaşması ifşa edilib

turkiyede-pkk-nin-xususi-qruplasmasi-ifsa-edilib
Oxunma sayı: 631

“Azerimuslims.com” xarici KİV-ə istinadən bildirir ki, Türkiyənin İstanbul şəhərində PKK terror təşkilatının xüsusi qruplaşması zərərsizləşdirilib. Xəbərlərdə təşkilatın “Xüsusi Müdafiə Birliyi” qruplaşmasının Türkiyə qanadının rəhbərinin saxlanıldığı da qeyd olunub.

Türkiyə mətbuatı 260 polisin iştirak etdiyi əməliyyatlarda 23 müxtəlif ərazidə bomba partlayışı törətmək istəyən kiçik dəstələrin zərərsizləşdirildiyini yazıb. Nəzarət altına alınan 11 terrorçunun PKK terror təşkilatının lideri Murad Qarailandan birbaşa təlimat alan “xüsusi bombardman qrupu” olduğu bildirilib.

Mövzu ilə bağlı xəbərlərdə terrorçuların “X-Ray” nəzarət cihazı ilə belə müəyyən edilməsi mümkün olmayan “yeni sistem” partlayıcı maddələrdən istifadə etməyə hazırlaşdıqları qeyd edilib.