Türkiyədə PKK və hərbçilər arasında atışma - Ölən var

turkiyede-pkk-ve-herbciler-arasinda-atisma
Oxunma sayı: 635

Türkiyədə PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasında atışma baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “İHA” agentliyi məlumat yayıb.

İnsident Hatayda vilayətində baş verib. Təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında olan atışma  nəticəsində 1 əsgər yaralanıb. O, hərbçi xəstəxanaya çatdırılsa da həkimlər yaralının həyatını xilas edə bilməyib.

Bölgədə terrorçuların yaxalanması üçün geniş miqyaslı əməliyyat başlayıb.