Türkiyədə polis avtobusu partladıldı - 12 yaralı + Yenilənir

turkiyede-polis-avtobusu-partladildi
Oxunma sayı: 1626

Türkiyənin Mersin şəhərində polisləri daşıyan xidməti avtobus partladılıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda polis və təcili yardım maşınları cəlb edilib.

Hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür.

Hücum nəticəsində itkilərin olması barədə məlumat verilməyib.

***

İlkin məlumata görə, şəhərin mərkəzində baş verən hadisədə 12 nəfər yaralanıb.

Hadisə ilə bağlı Baş naziri müavini Bəkir Bozdağ açıqlama verərək bildirib ki, Türkiyənin terrorizmə qarşı mübarizəsi davam etdiriləcək.