Türkiyədə polis idarəsinə raketlə hücum edildi

turkiyede-polis-idaresine-raketle-hucum-edildi
Oxunma sayı: 650

PKK terrorçuları Diyarbəkir şəhərinin Yenişəhər qəsəbəsindəki polis idarəsinə uzun mənzilli silahlarla hücum ediblər.

“Qafqazinfo” Türkiyə mətbuatına xəbər verir ki, terrorçular binaya raket zərbəsi endirdikdən sonra əl qumbarası da atıblar.

Hadisə zamanı ölən və yaralanan olmayıb.

Polislə terrorçular arasında atışma başlayıb. Hazırda onların ələ keçirilməsi üçün əməliyyat aparılır.