Türkiyədə polis maşını dərəyə aşıb - Ölən və yaralanan var

turkiyede-polis-masini-dereye-asib
Oxunma sayı: 809

Türkiyənin Trabzon şəhərində polis maşını dərəyə aşıb.

“Qafqazinfo” “Anadolu”ya istinadən xəbər verir ki, qəza yerli vaxtla gecə 02.00-da baş verib.

Məlumata əsasən, hadisə baş verən zaman maşında 3 polis əməkdaşı olub. Onlardan 1-i polis şəhid olub, 1-i isə yaralanıb. Daha 1 polis isə itkin düşüb.

İtkin düşən polisin axtarışlarına başlanılıb.