Türkiyədə polislərin avtobusu qəzaya düşdü - 2 ölü, 18 yaralı var

turkiyede-polislerin-avtobusu-qezaya-dusdu
Oxunma sayı: 684

Diyarbəkirin Lice qəsəbəsində xüsusi təyinatlı polisləri daşıyan zirehli avtobusla sərnişin daşıyan avtobus toqquşub.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı 2 nəfər yerindəcə keçinib.

4-ü polis olmaqla 18 nəfər isə yaralanıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım göndərilib. Vəziyyəti ağır olanlar helikopterlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.