Türkiyədə qadın alverçilərinə qarşı əməliyyat - Azərbaycanlı qadın da saxlanıldı

turkiyede-qadin-alvercilerine-qarsi-emeliyyat
Oxunma sayı: 2774

Türkiyənin Antalya şəhərində əcnəbi qadınları intim xidmətə məcbur edən qadın alverçilərinə qarşı əməliyyat keçirilib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat zamanı 6 qadın və onları fahişəliyə məcbur edən 1 nəfər saxlanılıb.

Saxlanılanlar gürcü, qırğız, azərbaycanlı və ikisi bacı olmaqla 3-ü ukraynalıdır.

Qadın alverçisi Onur K. adlı şəxsin daha öncə 6 il 8 ay həbs cəzası aldığı məlum olub.

Hazırda faktla bağlı araşdırma aparılır.