Türkiyədə qadın deputatın mandatı əlindən alındı

Türkiyədə qadın deputatın mandatı əlindən alındı
Oxunma sayı: 1023

Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) Siirt rayonundan seçilən millət vəkili Besime Konca deputat mandatından məhrum edilib.

“Qafqazinfo” Anadolu agentliyinə istinadən xəbər verir ki, buna səbəb B. Konca haqqında məhkəmə tərəfindən sübuta yetirilmiş cinayət əməlinin olmasıdır.

Belə ki, kürd millət vəkili terror təşkilatının təbliğatını aparmaqda ittiham edilib və əməli sübuta yetirilib.

Parlamentdəə keçirilən iclasda digər HDP-li deputatlar qərara etira ediblər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi