Türkiyədə qadın kişi, kişi qadın oldu- - Foto

turkiyede-qadin-kisi-kisi-qadin-oldu-
Oxunma sayı: 2336


“Qafqazinfo” axşam.az-a istinadən xəbər verir ki, uğurlu keçən əməliyyat Ailə Məhkəməsinin qərarından sonra aparılıb və pasiyentlərin vəziyyəti yaxşıdır. 

Üzlərini gizlətmək üçün maska və respirator taxan xəstələr jurnalistlərə açıqlamalarında düzgün qərar verdiklərini söyləyiblər. 

Qadın: "Uşaqlıdan bəri özümü kişi kimi hiss edirəm. Mənə pis baxırdılar, 2 dəfə intihara cəhd elədim. 3 il davam edən psixoloji müalicədən sonra məhkəmənin qərarı ilə əməliyyata girdim. Həyatımı dəyişəcəm, əvvəlcə iş tapacam, sonra evlənəcəm". 

Kişi: "Orta məktəbdən başlayaraq, özümü qadın kimi hiss edirəm. Ailəmin dəstəyi ilə cinsiyyətimi dəyişdirdim. Ətrafımdakı bütün insanlar bunu bilirlər". 

Əməliyyatı aparan həkim artıq bədən üzvlərinin funksiyaları dəyişən pasiyentlərinin 6 ay sonra fəal cinsi həyatları olacağını söyləyib. Bundan başqa o, daha 3 nəfərin əməliyyat olunmaq üçün müraciət etdiyini bildirib. 

Qeyd edək ki, bu, Qərbi Qaradəniz bölgəsində həyata keçirilmiş ilk belə əməliyyatdır.