Türkiyədə qaz və işıq pulu artdı

turkiyede-qaz-ve-isiq-pulu-artdi
Oxunma sayı: 4811

Türkiyədə təbii qaz və elektrik enerjisi tarifləri artıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, qərar Enerji Bazarlarının Tənzimləmə Təşkilatı tərəfindən qəbul edilib. Yeni qərara əsasən, təbii qazın tarifi əhali üçün 9%, qeyri-əhali üçün isə 14% artırılıb. 

Elektrik enerjisi tarifi isə 14,6%-lə 16,2% arasında artırılıb. İşığın birdəfəlik tarifi 15%, üçvaxtlı tariflərdə gündüz 15%, gecə 16,2%, pik saatlarda isə 14,6% artırılıb.