Türkiyədə qətliam kimi qəza - 7 ölü, 11 yaralı+ Fotolar

turkiyede-qetliam-kimi-qeza
Oxunma sayı: 644

Türkiyənin Ağrı şəhərində Hamur və Tutak qəsəbələri arasındakı yolda dəhşətli qəza baş verib.

“Qafqazinfo” CNN Türk-ə istinadən xəbər verir ki, TIR-ın daşıdığı kənd təsərrüfatı texnikası avtobusun üzərinə aşıb.

Tonlarla ağırlığındakı texnikanın altında qalan avtobusda 7 nəfər ölüb, 11 nəfər isə yaralanıb.

Şahidlərin sözlərinə görə, ölənlərin bədənləri parçalanıb. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

TIR-ın sürücüsü isə hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.