Türkiyədə qəza - 2 azərbaycanlı qadın öldü

turkiyede-qeza
Oxunma sayı: 5635

Türkiyənin Giresun-Trabzon yolunda qəza baş verib.

“Qafqazinfo”nun “Haberturk”ə istinadən verdiyi məlumata görə, 47 yaşlı Sədat İnanlının idarə etdiyi mikroavtobus bir neçə dəfə aşıb. Qəzada sürücü ilə yanaşı, mikroavtobusdakı azərbaycanlı Rəhilə Aslanova (47) və İdara Tanrıverdiyeva (42) hadisə yerindəcə keçinib.

Şükrü Altaş adlı sərnişin isə yaralı halda xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmaya başlayıb.