Türkiyədə qəza - 5 ölü, 22 yaralı

turkiyede-qeza
Oxunma sayı: 938

Türkiyənin Mersin şəhərinin Silifke rayonunda kənd təsərrüfatı işçilərini daşıyan avtobus qəzaya düşüb.

“Qafqazinfo”nun “Hurriyet”ə istinadən xəbərinə görə, hadisə nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb. 

Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.

Qəzanın avtobus sürücüsünün idarəetməni itirməsi səbəbindən baş verdiyi bildirilir.