Türkiyədə qəza nəticəsində 8 nəfər yaralanıb

turkiyede-qeza-neticesinde-8-nefer-yaralanib
Oxunma sayı: 653

Türkiyənin Zonguldaq şəhərində yol qəza hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata əsasən, insident Kozlu rayonundakı tuneldə qeydə alınıb. Qəza zamanı 8 nəfər xəsarət alıb. Onlardan 4-ü azyaşlı uşaqdır. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Uşaqlardan birinin vəziyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.