Türkiyədə qum fırtınası, 20 avtomobil toqquşdu - 2 ölü, 22 yaralı + Foto

turkiyede-qum-firtinasi-20-avtomobil-toqqusdu
Oxunma sayı: 1679

Türkiyədə qum fırtınası zəncirvari qəzaya səbəb olub.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza Aksaray - Konya avtomobil yolunun 8-ci kilometrində baş verib.

Məlumata əsasən, fırtına səbəbindən 20 avtomobil toqquşub. Nəticədə 43 yaşlı ata və 20 yaşlı qızı həlak olub. Daha 22 nəfər isə yaralanıb.

Yaralananlar xəstəxanalara yerləşdirilib. Yolda hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb.