Türkiyədə "Kız Kulesi" satışa çıxarıldı

turkiyede-quotkiz-kulesiquot-satisa-cixarildi
Oxunma sayı: 1398


SalamNews-un “Sabah”a istinadla verdiyi xəbərə görə, qalanı 49 illiyinə icarəyə götürən Hamoğlu Holding geri qalan 38 illik istifadə haqqını satışa çıxarıb. Holdinq, İstanbul Boğazının Mərmərə dənizinə birləşdiyi hissədə suyun ortasında salınan 2 minillik tarixi bina üçün 22 milyon avro istəyir.

Bir müddətdir alıcılarla görüşən holdingin prezidenti Əhməd Hamoğlunun binanın satışı üçün ərəb şirkəti ilə razılaşdığı bildirilir. Ancaq qalanın şirkət mərkəzi olaraq istifadə ediləcəyini öyrənən Ə.Hamoğllu razılaşmadan imtina edib. Bu yaxınlarda ABŞ-dan olan alıcının ciddi təkliflə Türkiyəyə gələcəyi söylənilir.