Türkiyədə restorana çevrilmiş təyyarə yandı - Video

Türkiyədə restorana çevrilmiş təyyarə yandı
Oxunma sayı: 2500

Türkiyənin Konya şəhərində istismar müddətini tamamladıqdan sonra restorana çevrilən bir təyyarə yanıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, güclü yanğını 2 saat ərzində söndürmək mümkün olub.

Hadisədən sonra restoran yararsız hala düşüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Airbus 330” tipli təyyarə 2016-cı ildə istismar müddətini başa vurub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi