Türkiyədə rus generala aid tabut tapılıb

turkiyede-rus-generala-aid-tabut-tapilib
Oxunma sayı: 652

Türkiyədə bina inşası üçün qazıntı işləri aparılan zaman rus generala aid tabut tapılıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, üzərində xaç işarəsi olan tabutu aşkarlayan inşaat işçiləri bununla bağlı səlahiyyətli şəxsləri məlumatlandırıblar. Hadisə yerinə gələn polislər ətrafda təhlükəsizliyi təmin etməyə çalışırlar. 

Qars muzeyinin əməkdaşları isə ərazidə araşdırma aparırlar. Tabutun içərisindən çürümüş skelet və çürümək üzrə olan paltoyla ayaqqabı tapılıb.