Türkiyədə rus turistləri daşıyan avtobus qəzaya düşüb

turkiyede-rus-turistleri-dasiyan-avtobus-qezaya-dusub
Oxunma sayı: 972

Türkiyədə rus turistləri daşıyan avtobus qəza törədib.

“Qafqazinfo” Türkiyə KİV-nə  istinadən xəbər verir ki, 25 turisti Antalyadan hava limanına aparan avtobus yük maşını ilə toqquşub. Nəticədə yük maşınının sürücüsü və 11 sərnişin xəsarət alıb. Hadisə yerinə xeyli sayda polis, təcili yardım və xilasedicilər cəlb edilib.  

Aysel Kərimova