Türkiyədə rusları daşıyan avtobus aşdı, yaralılar var

turkiyede-ruslari-dasiyan-avtobus-asdi-yaralilar-var
Oxunma sayı: 1670

Türkiyənin Antalya şəhərində rusiyalı turistləri daşıyan avtobus aşıb.

"Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, Antalyada istirahət edən Rusiya vətəndaşlarını hava limanına daşıyan avtobusun aşması nəticəsində 15 turist xəsarət alıb.

Onlardan 7-si xəstəxanaya getməkdən imtina edərək hava limanına yollanıb. Digər yaralıların isə müayinə olunduqdan sonra hava limanına yola salınacaqları bildirilir.