Türkiyədə sabiq millət vəkili vəfat etdi

Türkiyədə sabiq millət vəkili vəfat etdi
Oxunma sayı: 700

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Xalqların Demokratik Partiyasından (HDP) olan sabiq millət vəkili Dengir Mir Mehmet Fırat 76 yaşında dünyasını dəyişib.

“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, Fırat təxminən 6 həftədir Bayındır Xəstəxanasında ağciyər xərçənginə görə müalicə olunurmuş.
O, bu gün dəfn olunacaq. 

Qeyd olunur ki, dünən Prezident Rəcəb Tayyib Ərdoğan Daxili İşlər naziri Süleyman Soylu, Səhiyyə naziri Fahrettin Hoca, AKP-nin sözçüsü Ömer Çelik və Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr İdarəsinin rəhbəri Fahrettin Altunun müşayiəti ilə siyasətçini ziyarət edib.

Xatırladaq ki, Dengir Mir Mehmet Fırat AKP-nin 21, 22 və 23-ü dönəmlərində deputat olub, 2011-ci ildə istefa verib. 2015-ci ildə HDP-dən millət vəkili seçilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi