Türkiyədə sərnişin avtobusu aşdı - 1 ölü, 40 yaralı+Fotolar+Video

turkiyede-sernisin-avtobusu-asdi
Oxunma sayı: 1265

Türkiyənin Afyonkarahisar-Kütahya yolunda ağır yol qəzası olub.

“Qafqazinfo”nun “Hürriyet”ə istinadən məlumatına görə, yolun 32-ci kilometrliyində sərnişin avtobusu dərəyə yuvarlanıb. Nəticədə 2 yaşlı Perisu adlı qız dünyasını dəyişib, 40 nəfər yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Qeyd edək ki, qəzadan bir neçə saat əvvəl avtobusun arxa təkərlərindən biri partladığından yenisi ilə dəyişdirilibmiş.