Türkiyədə son 2 gündə 3-cü zəlzələ baş verdi

turkiyede-son-2-gunde-3-cu-zelzele-bas-verdi
Oxunma sayı: 938

Aralıq dənizinin Türkiyə sahillərində 5 kilometr dərinlikdə 4,2 bal gücündə zəlzələ olub.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, məlumatı Boğaziçi Universiteti Kandilli Rəsədxanası Zəlzələ Araşdırmaları İnstitutu yayıb. Zəlzələdə hər hansı itkinin olmadığı bildirilir.

Xatırladaq ki, ötən gün Antalyada Döşəməaltında 4,8 bal, bu gün Qumlucada isə 5,2 bal gücündə zəlzələ baş verib.