“Türkiyədə suriyalı qadınlara təcavüz edib, satırlar”

turkiyede-suriyali-qadinlara-tecavuz-edib-satirlar-
Oxunma sayı: 639

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, konfransda çıxış edən suriyalı sünni Zəkəriya Səraye suriyalı qadınların Türkiyədə təcavüzə məruz qalaraq qadın alverçiləri tərəfindən satıldığını iddia edib. Bu barədə “Mehr” xəbər agentliyi yazıb.

“İslahat adı ilə universitetlər, məktəb və məscidlər məhv edilir. Suriyalı qadınlar Türkiyədə təcavüzə məruz qalaraq alverçilər tərəfindən satılırlar. İslahat adı ilə Suriyanın nefti, maşın və digər məhsulları oğurlanaraq Türkiyəyə göndərilir”- deyə Səraye bildirib.