Türkiyədə təcavüzçülərin xədim məsələsi gündəmdə - Nazir açıqladı

turkiyede-tecavuzculerin-xedim-meselesi-gundemde
Oxunma sayı: 2312

Türkiyədə son vaxtlar artan uşaq təcavüzləri ilə bağlı hökumət sərt addım atmağı planlaşdırır. 

“Qafqazinfo” xəbər verir ki, Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül bəyan edib ki, yaxın günlərdə kimyəvi yolla xədim edilmə məsələsi gündəmə gələcək.

Qeyd edək ki, kimyəvi xədim kimi tanınan üsul hər hansı cərrahi müdaxilə olmadan müxtəlif dərmanlar istifadə edilərək aparılır. Kimyəvi xədimliyə məruz qalan şəxsin testosteron hormonu azalır və cinsi istəyi sıfırlanır.