Türkiyədə təhsil almaq istəyənlərin nəzərinə

turkiyede-tehsil-almaq-isteyenlerin-nezerine
Oxunma sayı: 642

“Qafqazinfo” xəbər verir ki, təqaüdləri almaq üçün bakalavr məzunları ya da bu tədris ilinin sonunda məzun olacaq bakalavr tələbələri müraciət edə bilərlər.

Magistratura təhsil proqramı üçün müraciət edəcək şəxslər 01.01.1983, doktorantura təhsil proqramı üçün müraciət edəcək şəxslər isə 01.01.1978 və ya daha kiçik təvəllüdlü olmalıdır. Son müraciət tarixi martın 31-dir.

Təqaüd proqramına aylıq təqaüd, universitetin təhsil haqqı, sağlamlıq sığortası, yataqxana, türk dili təhsili, gəliş-gediş (ilk qeydiyyat və məzun olanda) yol xərcləri daxildir.

Təqaüd proqramı üçün www.turkiyeburslari.gov.tr və ya www.trscholarships.org internet ünvanları vasitəsilə müraciət oluna bilər. Müraciətlər tamamilə ödənişsizdir və sistem hər bir namizədin fərdi müraciətini qəbul edir.
Bakalavr təhsili üçün müraciətlər isə maydan etibarən başlanılacaq.