Türkiyədə terror aktı - Ölənlər var+ Fotolar+ Video

turkiyede-terror-akti
Oxunma sayı: 2955

Türkiyənin Hatay vilayətinin Reyhanlı rayonunda avtomobilin partlaması nəticəsində 3 nəfər həlak olub.

“Qafqazinfo”nun “milliyet”ə istinadən verdiyi xəbərə görə, ölən şəxslər Suriya vətəndaşlarıdır.

Hadisə yerinə polis əməkdaşları, yanğınsöndürənlər və təcili tibbi yardım avtomobilləri cəlb edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan baş vermiş hadisənin terror aktı olduğunu bildirib: “Suriyalı 3 kişi...Avtomobilə bomba yerləşdirildiyi müəyyən edilib. Daxili İşlər nazirinin məlumatına görə, onların üçü də ölüb. Həlak olan şəxslərin kimliyi müəyyənləşdirilib. Hazırda araşdırmalar aparılır. Lakin indi əldə olan nəticələr hadisə terrorla bağlı olduğunu göstərir. DİN bir neçə saat ərzində bununla bağlı daha ətraflı məlumat verəcək”.