Türkiyədə terrorçular mikroavtobusu atəşə tutdu - 3 ölü, 6 yaralı

turkiyede-terrorcular-mikroavtobusu-atese-tutdu
Oxunma sayı: 948

Türkiyənin Ağrı vilayətinin Doğubayazıt qəsəbəsində PKK terrorçuları uzun mənzilli silahlarla sərnişin avtobusunu atəşə tutublar.

“Qafqazinfo” Habertürk-ə istinadən xəbər verir ki, hücum nəticəsində 3 nəfər ölüb, 6 nəfər isə yaralanıb. Yaralılardan 2 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, mikroavtobusdakı sərnişinlər qeyri-qanuni yolla ölkəyə daxil olan əcnəbi vətəndaşlar olublar.

Avtobus sürücüsü və digər sərnişinlər isə hadisə yerindən qaçıblar. Polis axtarışlardan sonra 6 nəfəri yaxalayıb. Saxlanılanlardan biri hadisə barədə bildirib ki, avtobusun qarşısını 5 nəfər kəsib və onlara atəş açıblar. Hadisə zamanı mikroavtobusda 20 nəfər ölüb.

Hazırda qaçan digər sərnişinlərin saxlanılması üçün axtarışlar davam edir.