Türkiyədə terrorçularla atışma - 1 şəhid, 4 yaralı var

turkiyede-terrorcularla-atisma
Oxunma sayı: 663

Türkiyənin Hakkari vilayətində PKK terrorçularına qarşı əməliyyat keçirilib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, atışma zamanı 1 əsgər şəhid olub, 4 əsgər isə yaralanıb.

Qaçan terrorçuların zərərsizləşdirilməsi üçün əməliyyat davam edir. Əməliyyata hava qüvvələri də dəstək verir.