Türkiyədə turistləri daşıyan avtobus qəza törətdi - 4 ölü, 27 yaralı

turkiyede-turistleri-dasiyan-avtobus-qeza-toretdi
Oxunma sayı: 1502

Türkiyədə ağır yol qəzası baş verib.

“Qafqazinfo”nun “Cnnturk”ə istinadən verdiyi məlumata görə, Antalyanın Kumluca vilayətindən Adrasana gedən avtobus Təkkə dərəsində 25 metr hündürlükdən uçuruma düşüb.

Türkiyəli turistlərin iştirakı ilə baş verən qəza nəticəsində 4 nəfər ölüb, 27 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.