Türkiyədə yaralanan əsgərlərdən biri dünyasını dəyişdi

turkiyede-yaralanan-esgerlerden-biri-dunyasini-deyisdi
Oxunma sayı: 1355

Ankaranın Poladlı rayonundakı Sakarya hərbi kazarmasında baş vermiş partlayışda yaralanan əsgərlərdən biri – 29 yaşlı Mehmet Xan dünyasını dəyişib.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, Mehmet Xan ailəli və bir uşaq atasıdır. Həkimlərin müdaxiləsinə baxmayaraq, dünyasını dəyişən Mehmetin cənazəsi Tokata göndəriləcək. 

Qeyd edək ki, təlim zamanı baş vermiş partlayışda 5 nəfər yaralanmışdı.