Türkiyədə yol qəzası - Ölən və yaralananlar var

turkiyede-yol-qezasi
Oxunma sayı: 872

Türkiyənin Hatay vilayətində ağır yol qəza hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata əsasən, işçiləri daşıyan mikroavtobus yol kənarında dayanmış TIR-la toqquşub. Qəza nəticəsində 4 nəfər həlak olub. Daha 10 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.