Türkiyədə zəlzələ oldu

turkiyede-zelzele-oldu
Oxunma sayı: 2225

Türkiyənin Kahramanmaraş şəhərində 4,8 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo”nun “Posta”ya istinadən məlumatına görə, zəlzələnin episentri Andırın bölgəsində 7 kilometr dərinlikdə olub. İlkin məlumata görə, ölən və xəsarət alan yoxdur.

Zəlzələ Qaziantep, Malatya, Adıyaman, Kilis, Osmaniyə və Adanada da hiss edilib.