Türkiyədə zəlzələ olub

turkiyede-zelzele-olub
Oxunma sayı: 830

Türkiyənin qərb bölgəsində 3,5 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo”  xəbər verir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla saat 01:06-da Muğlanın Ula rayonundan 12  km şərqdə, 1 km dərinlikdə qeydə alınıb.

Dağıntı və xəsarət alanlar barəsində məlumat yoxdur.