Türkiyədə 3,9 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeraltı təkanlar Antalya vilayətinin Akseki şəhərində, 12,3 km dərinlikdə qeydə alınıb.
Dağıntılar və xəsarət alanlar barəsində məlumat yoxdur.