“Türkiyədəki ermənilərin xoşbəxtliyi bizim üçün önəmlidir” - Ərdoğan

turkiyedeki-ermenilerin-xosbextliyi-bizim-ucun-onemlidir
Oxunma sayı: 644

“Birinci Dünya Müharibəsində həyatını itirən Osmanlı ermənilərini bu il də hörmətlə anır, nəvələrinə baş sağlığımı çatdırıram”.

“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün İstanbulda erməni patriarxlığında keçirilən dini ayin mərasiminin iştirakçılarına göndərdiyi məktubda bildirilir.

“Bölgənin iki qədim toplumu olaraq türklər və ermənilər min ildir ki, çiyin-çiyinə yaşadıqları bu coğrafi ərazidə ortaq tarix və mədəniyyəti paylaşıblar. Erməni cəmiyyəti istər Osmanlı İmperatorluğu, istərsə də Cumhuriyyətimizin yüz ilə yaxın keçmişində çox qiymətli övladlar yetişdirərək ölkəmizin inkişafına böyük faydalar verib. Dünən olduğu kimi bu gün də ermənilər ölkəmizin bərabər və azad vətəndaşları olaraq sosial, siyasi və ticari həyatımızn hər sahəsində önəmli rollara malikdir. 

Ölkəmizdəki erməni camaatının dincliyi, təhlükəsizliyi və xoşbəxtliyi bizim üçün xüsusi önəmə sahibdir. Tək bir erməni vətəndaşımızın cəmiyyətdən təcrid olunmağına, özünü ikinci sinif təbəqəsindən hiss etməyinə dözümümüz yoxdur”, - deyə Ərdoğan vurğulayıb.