Türkiyədəki müsabiqənin azərbaycanlı iştirakçısı- - Fotolar

turkiyedeki-musabiqenin-azerbaycanli-istirakcisi-
Oxunma sayı: 3555


“Qafqazinfo”ya açıqlamasında gənc ifaçı yarışmada ölkəmizi layiqincə təmsil etmək istədiyini bildirib:

“Əvvəllər Bakıda yaşamışam, bir ildir Türkiyəyə köçmüşük. 21 yaşım var. Türkiyədə ailəmlə birlikdə yaşayıram. Heç vaxt musiqi təhsili almamışam. “Youtube” kanalında çoxlu mahnılarım yerləşdirilib. “X Factor” yarışmasının təşkilatçıları onları dinləyib. “Facebook”da mənə mesaj göndərdilər ki, belə bir yarışma var, səsinizi bəyəndik, yarışmada iştirak edə bilərsiniz. Mən də özümü sınadım. Çox yaxşı müsabiqədir, bütün dünya izləyir, çox bacarıqlı iştirakçılar var. Ötən verilişdə “Ayrılıq” mahnısını ifa etdim və münsiflər çox bəyəndi.  Münsif heyəti Armağan Çağlayan mənə dedi ki, gözlərində sanki kədər var. Haqlıdırlar, gözlərimdə kədər var, bu mənim uşaqlıq illərimdə keçirdiyim çətin günlərlə əlaqədardır. Bu haqda danışmaq istəmirəm. Yeganə istəyim Azərbaycanı və xalqımızın necə gözəl musiqimiz olduğunu dünyaya təqdim etməkdir”.