Türkiyədəki partlayışla bağlı 11 nəfər saxlanıldı

turkiyedeki-partlayisla-bagli-11-nefer-saxlanildi
Oxunma sayı: 1124

17 oktyabrda Türkiyənin Mersin şəhərində polislərin avtobusuna edilən bombalı hücumla bağlı 11 nəfər şübhəli qismində saxlanılıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı yaralanan 12 polisdən 6-sı evə buraxılıb.

Hazırda 6 polisin müalicəsi davam etdirilir.

Teraktla bağlı istintaq aparılır. Hadisənin PKK terror təşkilatı tərəfindən törədildiyi ehtimal edilir.