Türkiyədəki rüşvət əməliyyatı ilə bağlı - - AKP-dən şok qərar

turkiyedeki-rusvet-emeliyyati-ile-bagli-
Oxunma sayı: 4758


Dünəndən etibarən Türkiyədə səs-küyə səbəb olan “Böyük rüşvət” əməliyyatının prokuroru Zekeriya Öz və Cəlal Kara vəzifələrindən uzaqlaşdırıldılar.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, İstanbulda başlayıb nazir oğullarının saxlanması ilə nəticələnən rüşvət əməliyyatında hökumətin verdiyi ikinci qərar ölkədə növbəti şok effekti yaradıb. 

Ergenekon Davasını aparan tanınmış prokuror Zekeriya Öz əməliyyatı gizli şəkildə aparıb. İddialara görə, hökumət prokurorun bu əməliyyatını AK partiya iqtidarını yıxmağa yönəlmiş addım kimi qiymətləndirib. Bu əməliyyat çəçivəsində baş nazir Ərdoğanın da telefonunun dinlənilməsinin ortaya çıxması hökumətin bu qənaətini gücləndirib. Təlimatın birbaşa Ərdoğan tərəfindən verilməsi iddialar arasındadır.