Türkiyədəki zəlzələnin fəsadları - Fotolar

turkiyedeki-zelzelenin-fesadlari
Oxunma sayı: 659

Dünən gecə saatlarında Egey dənizində baş verən zəlzələnin fəsadları səhər üzə çıxıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Bodrum ərazisində də hiss edilən yeraltı təkanlar zamanı kiçik yaxtalara, maşınlara ziyan dəyib.  

Qeyd edək ki, Egey dənizində baş verən 6,3 bal gücündə zəlzələ nəticəsində Yunanıstanda 2 nəfər ölüb, yaralananların sayı isə 120 nəfərə çatıb.

Bodrum ərazisində hiss edilən təkanlar zamanı ölən olmasa da, 80 nəfər tibbi yardım üçün xəstəxanalara müraciət edib.

Aysel Kərimova